XƏBƏR LENTİ
19 Aprel 2024
18 Aprel 2024
17 Aprel 2024
16 Aprel 2024



Boksçularımızın Fərqanə sınağı 4 medalla yadda qaldı
Foto 14:35 / 25.05.2022
Özbəkistanın Fərqanə şəhərində yeniyetmə boksçular arasında keçirilən İsrailjon Rüstəmovun xatirəsinə həsr olunmuş beynəlxalq turnirə yekun vurulub. Yarışda Azərbaycan, Özbəkistan, Qazaxıstan, Tacikistan və Qırğızıstandan ümumilikdə 164 idmançı qüvvəsini sınayıb. Turnirə baş məşqçi Vaqif Kazımov və Ağası Məmmədovun rəhbərliyi altında yollanan millimiz Vətənə 1 qızıl, 1 gümüş və 2 bürünc medalla qayıdıb. Final döyüşlərində Azərbaycan millisinin 2 boksçusu çempionluq döyüşünə çıxıb. Yığmamızın üzvü Məhəmmədəli Aşurəliyev (54 kq) həlledici qarşılaşmada qazaxıstanlı Bekkoja Jaksılıqla üz-üzə gəlib. Gərgin idman mübarizəsi şəraitində keçən döyüşdə qələbə qazanan idmançımız fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

Tağı Nəsibovun (50 kq) finaldakı rəqibi isə özbəkistanlı İlhom Erqaşev olub. Qarşılaşma ev sahibinin qələbəsi ilə yekunlaşdığından təmsilçimiz gümüş medalla kifayətlənib.

Bürünc medalları isə komandamıza Məhəmmədəli Qasımzadə (57 kq) və Ziya Həsənov (66 kq) qazandırıb.

Qeyd edək ki, yarışın yekununda Azərbaycan millisinin baş məşqçisi Vaqif Kazımov və referimiz Fikrət Hacıyevə fəxri diplomlar verilib.
24167 oxunub

InvestAZ