XƏBƏR LENTİ
17 Yanvar 2026
16 Yanvar 2026
14 Yanvar 2026
13 Yanvar 2026
12 Yanvar 2026
09 Yanvar 2026
08 Yanvar 2026
07 Yanvar 2026
06 Yanvar 2026



Çempionlar Liqası: ən güclülər və layiqlilər yoluna davam edirlər - FOTOLAR
Foto 09:07 / 18.04.2019

Çempionlar Liqasında 1/4 final mərhələsinə yekun vurulub.
Bununla da yarımfinala vəsiqə qazanan son iki komanda müəyyənləşib.
"Liverpul" səfərdə "Portu"nun qonağı olub. İlk görüşdə evdə rəqibini 2:0 hesabı ilə məğlub edən mersisaydlılar bu dəfə 4:1 hesablı qələbə qazanaraq yarımfinala yüksəlib.
Gecənin əsas oyunu isə ingilis klubları arasında keçirilib. İlk qarşılaşmada səfərdə "Tottenhem”ə 0:1 hesabı ilə uduzan "Mançester Siti” doğma meydanda məğlubiyyətin əvəzini çıxmağa çalışıb. Dramatik görüşdə "Şəhərlilər” 4:3 hesablı qələbə qazansa da, bu nəticə London klubunu yarımfinala yüksəldib.
Qeyd edək ki, aprelin 30-da "Liverpul” - "Barselona”, mayın 1-də isə "Tottenhem”- «Ayaks»la yarımfinalinı ilk görüşündə üz-üzə gələcəklər.

Çempionlar Liqası

1/4 finalın cavab oyunları

17 aprel

"Portu” - "Liverpul” - 1:4
Qollar: S. Mane, 26 (0:1), M.Salah, 65 (0:2), E.Militao, 69 (1:2), R.Firmino, 77 (1:3), Van Diyk, 84 (1:4)
İlk oyun - 0:2

"Mançester Siti” - "Tottenhem” 4:3
Qollar: R. Sterlinq, 4 (1:0), 21 (3:2), S. X. Min, 7 (1:1), 10 (1:2), B. Silva, 11 (2:2), S.Aquero, 59 (4:2), F.Llorente, 73 (4:3)
İlk oyun - 0:1


92992 oxunub

InvestAZ