XƏBƏR LENTİ
23 Aprel 2024
22 Aprel 2024
21 Aprel 2024
20 Aprel 2024



Fərqlənən könüllülər Macarıstana göndəriləcək
İdman 17:05 / 14.04.2019


"Bakı Şəhər Halqası” Əməliyyat Şirkəti (BŞH) aprelin 26-28-də təşkil olunacaq Formula 1 Azərbaycan Qran-Prisi çərçivəsində fəaliyyət göstərən könüllülər arasında müsabiqə keçirir. Əməliyyat Şirkəti qalibləri avqustun 2-4-də keçiriləcək Macarıstan Qran-Prisinə göndərəcək.

Səfər zamanı könüllülər Macarıstan Qran-Prisini birbaşa izləməklə yanaşı, bu yarışın təşkilatçıları ilə təcrübə mübadiləsi aparmaq imkanına sahib olacaqlar. Könüllülərin səyahət, qonaqlama və yarışda iştirakla əlaqədar bütün xərcləri Əməliyyat Şirkəti qarşılayacaq.

Müsabiqənin keçirilməsində əsas məqsəd Azərbaycan Qran-Prisi zamanı fəallığı ilə seçilən könüllüləri mükafatlandırmaqdır.

Müsabiqədə könüllülərin fəaliyyəti üç əsas istiqamət - könüllülük fəaliyyətinə dair tədbirlərdə iştirak, yarış zamanı göstərilən fəallıq və bütün mərhələlər üzrə keçirilən ümumi imtahan əsasında qiymətləndiriləcək. Bütün meyarlar üzrə ən yüksək nəticə əldə edən könüllülər müsabiqənin qalibi olacaqlar.


21627 oxunub

InvestAZ