XƏBƏR LENTİ
16 İyul 2019
15 İyul 2019
14 İyul 2019
12 İyul 2019
11 İyul 2019
10 İyul 2019
09 İyul 2019



Çempionlar Liqasının qalibi hansi komanda olacaq?
"Barselona" (37.5%)
"Yuventus" (25%)
"Mançester Siti" (12.5%)
"Mançester Yunayted" (12.5%)
"Liverpul" (6.25%)
"Ayaks" (6.25%)
"Totenhem" (0%)
"Porto" (0%)
Azərbaycanda vinq çun üzrə ilk Avropa çempionatı keçiriləcək
İdman 14:17 / 14.04.2019


Gələn il Azərbaycanda ilk dəfə vinq çun üzrə Avropa çempionatının təşkili planlaşdırılır.Çempionatla əlaqədar Beynəlxalq Vinq Çun İttifaqının nümayəndə heyətinin bu ilin mayında ölkəmizə səfəri nəzərdə tutulur. Səfər çərçivəsində Gənclər və İdman Nazirliyində görüşlər keçiriləcək, çempionatın təşkili məsələləri müzakirə ediləcək. Ümid edirəm ki, qitə çempionatının ölkəmizdə keçirilməsi vinq çun döyüş sənətinin Azərbaycanda inkişafına böyük təkan verəcək.

Federasiyanın fəaliyyətindən danışan A.Sayadov deyib ki, vinq çun qədim və dərin fəlsəfəsi olan döyüş sənətidir. Eyni zamanda, vinq çun yalnız döyüş sənəti deyil, həm də sağlam həyat tərzidir. İdmanın bu növü ölkəmizdə 11 ildir inkişaf etdirilir. Lakin federasiyamız yeni təsis olunub. Buna baxmayaraq, federasiyada təcrübəli idarə heyəti formalaşıb. Məşqçilər və hakimlər heyətinin də federasiyanın uğurlu fəaliyyətində və idmanın bu növünün inkişafında böyük xidmətləri var. Məqsədimiz bu döyüş sənəti ilə məşğul olan şəxsləri yüksək səviyyəli idmançı və döyüşçü kimi yetişdirməkdir. Federasiyanın qarşıya qoyduğu əsas vəzifələrdən biri vətənpərvər, ləyaqətli, əqidəli və mərd insanları bir araya gətirmək, onlarda bu xüsusiyyətləri daha da inkişaf etdirmək və cəmiyyətimiz üçün yararlı işlər görə biləcək idmançılar yetişdirməkdir”, - deyə A.Sayadov bildirib.

Qarşıda idmançıların qatılacaqları yarışlar barədə danışan Əməkdar məşqçi qeyd edib ki, aprelin 19-20-də Bakıda Gənclər və İdman Nazirliyinin, Azərbaycan Vinq Çun Döyüş Sənəti Federasiyasının birgə təşkilatçılığı ilə uşaqlar, yeniyetmələr, gənclər və böyüklər arasında birinci açıq Azərbaycan çempionatı keçiriləcək. Bu yarışda ilk iki yeri tutacaq idmançılar milli komandaya cəlb olunacaqlar. Yığmaya cəlb olunan idmançılarımız bu il vinq çun üzrə keçiriləcək bütün beynəlxalq yarışlarda ölkəmizi təmsil edəcəklər.

Ölkəmizdə vinq çun idmanının kütləviliyinin artırılması istiqamətində görülən işlər barədə məlumat verən A.Sayadov deyib: "Bu döyüş sənətinin ölkəmizdə düzgün təbliği ilə əlaqədar ardıcıl tədbirlər həyata keçiririk. Peşəkar təlimçilərin, məşqçilərin yetişdirilməsinə çalışır, vinq çun üzrə yeni bölmələr açırıq. Bu idman növünü sevənləri maarifləndirmək üçün hər ay ödənişsiz seminarlar təşkil edir. Belə tədbirlərdə vinq çunun təkcə döyüş sənəti olmadığını, həm də sağlam həyat tərzi olduğunu ictimaiyyətə çatdırmağa çalışırıq”.

A.Sayadov vinq çun döyüş sənətinin qaydalarının digər döyüş növlərindəkindən fərqli olduğunu bildirib. O, vinq çun idmanına yaxın federasiyalarla qarşılıqlı əməkdaşlıq etdiklərini vurğulayıb.


973 oxunub

InvestAZ