XƏBƏR LENTİ
28 Mart 2024
27 Mart 2024
26 Mart 2024
25 Mart 2024



Ronaldo 800-cü qol həddinə çatdı
İdman 15:38 / 03.12.2021
İngiltərə Premyer Liqasının 14-cü turu çərçivəsində keçirilən "Mançester Yunayted” - "Arsenal” matçı "qırmızı şeytanlar”ın qələbəsi ilə başa çatdı. Qarşılaşma "manikunyanlılar”ın hücumçusu Kriştianu Ronaldo üçün əlamətdar olub. Portuqaliyalı futbolçunun rəqib qapısından keçirdiyi qol, karyerası ərzində vurduğu 800-cü qol olub.
Ronaldonun dubl etdiyi qarşılaşma meydan sahiblərinin 3:2 hesablı qələbəsi ilə başa çatıb.
Qeyd edək ki, 36 yaşlı futbolçu "Mançester Yunayted”də 129 (307 oyun), "Real”da 450 (438 oyun), "Yuventus”da (134 oyun) 101 və "Sportinq”də (31 oyun) 5 qol vurub. Bundan başqa, portuqaliyalının millidə keçirdiyi 184 oyunda 115 qolu var.


17303 oxunub

InvestAZ