C qrupunda "Beşiktaş" "Sportinq"i qəbul edib. Oyun qonaqların qələbəsi ilə başa çatıb - 4:1. Qrupun digər qarşılaşmasında da məhsuldar nəticə qeydə alınıb. "Ayaks" Amsterdamda Dortmund "Borussiya"sını qəbul edib. Qrupda vahid liderliyi təmin etmək üçün ev sahibləri təşəbbüsü əldən verməyiblər. «Ayaks» Almaniya təmsilçisinin qapısından 4 cavabsız top keçirib.
C qrupu
20:45. "Beşiktaş" (Türkiyə) - "Sportinq" (Portuqaliya) - 1:4
Qollar: Koates, 15 (0:1), Larin, 25 (1:1), Koates, 27 (1:2), Sarabia, 44 (1:3), Poulinyo, 89 (1:4)
23:00. "Ayaks" (Niderland) - "Borussiya" (Dortmund, Almaniya) - 4:0
Qollar: Marko Roys, 11-avtoqol, Deyli Blind, 25, Antoni Santus, 57, Sebastyen Allye, 72