XƏBƏR LENTİ
19 Aprel 2024
18 Aprel 2024



Avropa çempionatına yollanacaq heyət müəyyənləşdi 
İdman 15:39 / 19.10.2021

Noyabrın 5-7-də Macarıstanın paytaxtı Budapeştdə 23 yaşınadək cüdoçular arasında Avropa çempionatı keçirləcək. 29 ölkədən 193 (110 oğlan, 83 qız) cüdoçunun iştirak edəcəyi yarışda Azərbaycan idmançıları da qüvvələrini sınayacaqlar. Komandamız yarışda 8 (4 oğlan, 4 qız) idmançı ilə təmsil olunacaq. Qitə çempionatında oğlanların yarışında Elçin Hüseynov (66 kq), Məhərrəm İmamverdiyev, Zelim Tskayev (hər ikisi 81 kq) və İmran Yusifov (+100 kq) mübarizə aparacaq.

Qızların yarışında isə Ramilə Əliyeva, Aydan Vəliyeva (hər ikisi 48 kq), Səbinə Əliyeva (52 kq) və Nərgiz Hacıyeva (63 kq) qüvvəsini sınayacaq.



16207 oxunub

InvestAZ