XƏBƏR LENTİ
20 Aprel 2024
19 Aprel 2024
18 Aprel 2024



Komandamız bu gün Serbiya ilə qarşılaşacaq
İdman 12:06 / 23.09.2021
Bu gün Şimali Makedoniyanın Struqa şəhərində təşkil olunan şahmat üzrə klublararası Avropa Kuboku turnirində 6-cı turun qarşılaşmaları keçiriləcək.
Azərbaycanı təmsil edən "Vüqar Həşimov" klubu tur çərçivəsində qara fiqurlarla Serbiyanın "Sloven Ruma" kollektivi ilə münasibətləri aydınlaşdıracaq.
Şəhriyar Məmmədyarovun heyətində yer aldığı Şimali Makedoniyanın "Alkaloid" komandası Çexiyanın "Novı Bor", Nicat Abbasovlu "Silla" (İspaniya) isə Rusiyanın "Mednıy Vsadnik" klubu ilə üz-üzə gələcək.
"Vüqar Həşimov" hazırda 7 xalla 38 kollektiv arasında 8-ci sırada qərarlaşıb. 9 xala sahib "Silla" üçüncü, "Alkaloid" 8 xalla dördüncüdür. Sıralamaya Rusiyanın "Mednıy Vsadnik" klubu başçılıq edir.
Xatırladaq ki, ilk iki turda müvafiq olaraq İrlandiyanın "Qonzaqa" və Moldovanın "Perfekt" komandalarını böyük hesabla üstələyən təmsilçimiz sonrakı görüşündə İsrailin "Beer Şeva" klubuna uduzub. Dördüncü turda "Silla" ilə "sülh bağlayan" kollektivimiz ardınca Fransa "Asnieres"ini böyükhesablı məğlubiyyətə uğradıb.
Komandamızın heyətində Rauf Məmmədov, Kiril Şevçenko, Vüqar Əsədli, Aydın Süleymanlı, Ülvi Sadıqov, Əhməd Əhmədzadə və Murad İbrahimli yer alıb. Kapitan Anar Allahverdiyevdir.
Qeyd edək ki, İsveçrə sistemi üzrə 7 turdan ibarət Avropa Kubokuna sentyabrın 24-də yekun vurulacaq. Turnirin mükafat fondu 44 min avrodur.

17128 oxunub

InvestAZ