XƏBƏR LENTİ
19 Aprel 2024
18 Aprel 2024
17 Aprel 2024
16 Aprel 2024



Azərbaycanınvə Çilinin Paralimpiya komitələri əməkdaşlıqla bağlı müzakirələr aparıblar
İdman 11:18 / 17.09.2021

Azərbaycan Milli Paralimpiya Komitəsinin (AMPK) baş katibi Kamal Məmmədov Çilinin Azərbaycandakı səfirliyinin müvəqqəti işlər vəkili Fidel Coloma ilə görüşüb.
AMPK-dan "Olimpiya dünyası” qəzetinə verilən məlumata görə, F.Coloma Azərbaycan komandasının Tokio-2020 XVI Yay Paralimpiya Oyunları zamanı əldə etdiyi yüksək nailiyyətlərlə bağlı komitənin baş katibi Kamal Məmmədovu təbrik edib, ölkədə Paralimpiya Hərəkatının yüksək səviyyədə inkişaf etdiyini vurğulayıb.
F.Coloma ölkəsinin də Paralimpiya dəyərlərinə önəm verdiyini bildirib, AMPK ilə Çili Paralimpiya Komitəsi arasında əlaqələrin qurulmasının vacibliyini qeyd edib. O, idman sahəsində müxtəlif proqramlar çərçivəsində birgə əməkdaşlığı dəstəklədiyini vurğulayıb.
Daha sonra tərəflər gələcək əməkdaşlıqla bağlı bir sıra məsələləri müzakirə ediblər.


16184 oxunub

InvestAZ