XƏBƏR LENTİ
14 Mart 2026
13 Mart 2026
12 Mart 2026
11 Mart 2026
10 Mart 2026
09 Mart 2026
08 Mart 2026
07 Mart 2026



Tottinin futbola gəlişi dünyada hansı hadisələrlə eyni vaxta təsadüf edib?
Mədəniyyət 13:21 / 02.04.2019


İtaliya mətbuatı bu ölkənin ulduz futbolçusu Françesko Totti ilə bağlı maraqlı faktları bir araya toplayıb. Belə ki, «Roma»lı əfsanə karyerasına başladığı vaxtda - yəni 1993-cü ildə dünyada maraqlı hadisələr baş verib. Həmin hadisələrin məhz Tottinin futbola gəlişi ilə əlaqələndirən italiyalı həmkarlarımız diqqəti həmin faktlara yönəldiblər. «Olimpiya dünyası» qəzeti həmin faktları oxucularının diqqətinə çatdırır.

Totti futbol karyerasına başlayanda:
- ABŞ-da Bill Klinton prezident seçilib;
- «Yur dövrünün parkı» filmi ilk dəfə nümayiş olunub;
- ABŞ müğənnisi Uitney Hyuston dünyada ən çox dinlənilən ifaçılar arasında birinciliyi əldən vermirdi;
- Əfsanəvi Maykl Cekson bütün dünyanı «Super Bowl» şousu ilə heyran etmişdi;
- Məşhur aktyor Robbi Uilyams ilk dəfə «Xanım Doubtfire» rolu ilə kino dünyasını heyrətləndirmişdi;
- Bartez, Desayi, Deşam, Rüdi Föller kimi ulduz futbolçuları olan «Olimpik Marsel» Çempionlar Liqasının kubokunu başları üzərinə qaldırmışdı.




68020 oxunub

InvestAZ