XƏBƏR LENTİ
29 Mart 2024
27 Mart 2024
26 Mart 2024
25 Mart 2024



Veteran cüdoçularımız Moskvada ikinci oldular
İdman 11:37 / 16.05.2021
Mayın 15-də Rusiyanın paytaxtı Moskvada veteran cüdoçular arasında polis, ordu və güc strukturlarının 15-ci beynəlxalq turniri təşkil olunub. Komanda şəklində keçirilən yarışda Rusiyanın 6 təmsilçisi ilə yanaşı, Belarus, İspaniya, Yunanıstan, Monqolustan, Özbəkistan, Qırğızıstan, Tacikistan, Ermənistan, Gürcüstan və Azərbaycanın hüquq-mühafizə orqanlarının yığma komandaları mübarizə aparıb.
Azərbaycan Cüdo Federasiyası və Azərbaycan Veteran Cüdoçular Assosiasiyasının dəstəyi ilə Moskvaya yollanan komandamız turnirdə məşqçi Vüsal Cəfərovun rəhbərliyi altında iştirak edib.
Vüqar Babayev (66 kq), Nadir Babayev (73 kq), Azər Fətullayev (81 kq), Ziya Namazov (90 kq) və Elxan Rəcəblidən (+90 kq) ibarət komandamız püşkün nəticəsinə görə ilk görüşünü Ermənistanın Daxili İşlər Nazirliyinin komandasına qarşı keçirib. Rəqiblərinə heç bir şans verməyən cüdoçularımız bu görüşdə 5:0 hesablı qələbə qazanaraq növbəti mərhələyə yüksəlib. İkinci görüşdə Qırğızıstan komandası ilə qarşılaşan veteran cüdoçularımız bu dəfə də rəqiblərindən üstün olublar -5:0 Yarımfinalda komandamızın rəqibi Tacikistan komandası olub. Gərgin mübarizə şəraitində keçən görüşdə komandamız 3:2 hesabı ilə qalib gələrək finala vəsiqə qazanıb. Həlledici görüşdə isə yığmamız Rusiyanın Daxili İşlər Nazirliyinin komandasına 3:2 hesabı ilə məğlub olaraq gümüş medala sahib çıxıb.
Turnirdə üçüncü yerləri isə Belarus və Rusiyanın Milli Qvardiya komandaları tutub.
Yarışın qalib və mükafatçıları diplom, medal və kubokla təltif olunublar.
Qeyd edək ki, beynəlxalq turnirdə Azərbaycanın Olimpiya dərəcəli hakimi Fariz Hüseynov da ədalət təmsilçisi qismində görüşlərin idarə edilməsində iştirak edib.

108368 oxunub

InvestAZ