XƏBƏR LENTİ
19 Aprel 2024
18 Aprel 2024
17 Aprel 2024



Olimpiya mükafatçımız koronavirusdan sağaldı
İdman 11:40 / 12.04.2021
Rio Olimpiadasının gümüş mükafatçısı, cüdo üzrə yığma komandamızın üzvü Rüstəm Orucov koronavirusdan sağalıb. Bu barədə cüdoçu özü şəxsi instaqramhesabında məlumat verib. Bir müddət əvvəl koronavirusa yoluxan idmançımız hazırda səhhətinin yaxşı olduğunu və dünya çempionatına hazırlaşdığını bildirib.
"Təqribən 20 gün öncə COVID-19 testim müsbət çıxdı. Bu səbəbdən Portuqaliyada keçiriləcək qarşıdakı Avropa çempionatında iştirak etməyəcəyəm. Yaxşıyam və medal qazanmaq istədiyim dünya çempionatına hazırlaşıram. Hər şey yaxşı olacaq. Növbəti yarışlarda sizinlə görüşməyi səbirsizliklə gözləyirəm”, - deyə 30 yaşlı idmançı paylaşımda məlumat verib.
Qeyd edək ki, cüdo üzrə dünya çempionatı bu il 6-13 iyun tarixlərində Macarıstanın paytaxtı Budapeştdə təşkil olunacaq.

19205 oxunub

InvestAZ