XƏBƏR LENTİ
28 Mart 2024
27 Mart 2024
26 Mart 2024
25 Mart 2024



Avro-2020-ə evsahibliyi edəcək 12 şəhər azarkeşləri qəbul edəcəyini bildirdi
İdman 17:31 / 06.04.2021
Avropa-2020-ni qəbul edən 12 şəhərin hamısı UEFA-ya azarkeşlərin ən azı bir qismini qəbul etməyə hazır olduqları barədə məlumat veriblər.
Məlumata görə, UEFA-nın prezidenti Alksandr Çeferin ev sahibi şəhərlərin son tarix olan aprelin 7-nə kimi azarkeşlərin iştirak edəcəklərini təsdiq etmədikləri təqdirdə, oyunların keçirilmə hüququndan məhrum ola biləcəkləri barədə xəbərdarlıq edib.
Qeyd edək ki, Avro-2020-nin təşkili ötən il nəzərdə tutulurdu. Lakin koronavirus pandemiyası ilə əlaqədar turnir 2021-ci ilin yayına təxirə salınıb. Avropa çempionatının iyunun 11-dən iyulun 11-dək 12 şəhərdə-Bakı, Sankt-Peterburq, London, Münhen, Roma, Baharest, Kopenhaqen, Amsterdam, Bilbao, Qlazqo, Budapeşt və Dublində keçirilməsi planlaşdırılır.

19681 oxunub

InvestAZ