XƏBƏR LENTİ
26 Aprel 2024
24 Aprel 2024
23 Aprel 2024
22 Aprel 2024
21 Aprel 2024



“Biz heç kimdən qorxmuruq”
İdman 14:48 / 18.03.2019


"Qarşıdakı oyunlarda qapını kimin qoruyacağına mən qərar vermirəm. Cəmi 3 həftə oynanamışam”.
Bu sözləri Xorvatiya millisinin qapıçısı Lovre Kaliniç yerli mətbuata açıqlamasında deyib. Son vaxtlar klubunda ehtiyatda qalmasının onun üçün çətinlik yaratmadığını deyən "Aston Villa”nın qolkiperi təcrübəsinə güvəndiyini bildirib:
"Burada ciddi bir problem görmürəm. Məsələni niyə bu qədər böyüdürlər, bilmirəm. Mən təcrübəsiz qapıçı deyiləm. Özümə və bacarığıma inanıram. Qapıda dayanmağa hazıram”.
Martın 21-də AÇ-2020-nin seçmə mərhələsinin ilk turunda millimizlə keçiriləcək oyuna da toxunan Kaliniç deyib ki, həmyerlisi olan yığmamızın yeni baş məşqçisi Nikola Yurçeviçin onlara qarşı plan hazırlayacağı istisna deyil:
"Bu gün hamı qələbə qazanmaq üçün nələr edə biləcəyini götür-qoy edir. Nikola Yurçeviçin Xorvatiya yığması barədə azərbaycanlı futbolçulara nələrisə deməsi mümkündür. Onu şəxsən tanıyıram, necə deyərlər, görüşəndə salamlaşırıq. Bizə qarşı planı olduğuna şübhə etmirəm. Bəlkə də, Azərbaycan qalib gəlmək istəyir. Amma biz heç kimdən qorxmuruq”.
Qeyd edək ki, "Maksimir” stadionunda keçiriləcək oyun Bakı vaxtı ilə 23:45-də başlayacaq.

19489 oxunub

InvestAZ