XƏBƏR LENTİ
18 Aprel 2024
17 Aprel 2024
16 Aprel 2024
15 Aprel 2024



Qılıncoynadanımız Ümumrusiya açıq turnirində qızıl medala sahib çıxdı
İdman 10:17 / 26.01.2021
Qılıncoynatmanın sablya üzrə qadınlardan ibarət milli komandamızın üzvü Anna Başta Rusiyanın Novoqorsk şəhərində yerləşən İlqar Məmmədov adına Qılıncoynatma Mərkəzində keçirilən Ümumrusiya açıq turnirində qızıl medal qazanıb. Qrup mərhələsində keçirdiyi 5 görüşdən 4-nü qalib başa vuran A.Başta birbaşa onaltıdabir finala vəsiqə qazanıb. Bu mərhələdə Alina Klyuçnikovanı 15:10 hesabı ilə məğlub edən təmsilçimiz növbəti mərhələdə Anastasiya Bajenovaya 15:14 hesabı ilə qalib gəlib. Dörddəbir finalda Yevgeniya Karbolinanı eyni hesabla məğlub edən qılıncoynadanımız yarımfinalda Anna Simirnovanı 15:10 hesabı ilə üstələyib. A.Başta finalda Alina Mixaylova üzərində 15:5 hesablı qələbə qazanaraq turniri qalib başa vurub.
Qrup mərhələsində keçirdiyi bütün görüşləri qalib bitirən digər təmsilçimiz Valeriya Bolşakova isə onaltıdabir finalda Anastasiya Koçetovaya 14:15 hesabı ilə uduzub.

18140 oxunub

InvestAZ