XƏBƏR LENTİ
28 Mart 2024
27 Mart 2024
26 Mart 2024
25 Mart 2024



Hakimiyyət tennisçiyə Avstraliya ordeni verilməsinin əleyhinədir
İdman 13:34 / 23.01.2021
Bir çox avstraliyalı siyasətçilər məşhur tennisçi Marqaret Kortun ölkənin ali mükafatı olan Avstraliya ordeni ilə mükafatlandırılmasına qarşı çıxıblar. 
Bildirək ki, 1960-cı və 1970-ci illərdə M.Kort "Böyük dəbilqə” turnirində 24 dəfə mükafat qazanıb. Bu, qadın tennis tarixində ən yaxşı nəticə hesab olunur. 
Həmçinin 78 yaşlı veteran oyunçu dəfələrdə eynicinslilərin nigahına transqenderlərə qarşı çıxıb. Bu isə Avstraliya dövlətinin siyasətinə ziddir. Avstraliyanın Viktoriya ştatının baş naziri Deniel Endrüs M.Kortun mükafatlandırılmasına etirazını bildirib. Baş nazir tennisçinin fikirlərini "biabırçı, zərərli, çirkin və ölkə əhalisinin əksəriyyəti tərəfindən bölünməyən” adlandırıb. 
Qeyd edək ki, Avstraliya ordeni "görkəmli nailiyyətlərə, ölkəyə və bütövlükdə insanlığa xidmətlərə” görə verilir.


16978 oxunub

InvestAZ