XƏBƏR LENTİ
24 Aprel 2024
23 Aprel 2024
22 Aprel 2024
21 Aprel 2024



Belarus daha bir dünya çempionatından məhrum edildi
İdman 11:15 / 23.01.2021
Bu il müasir pentatlon üzrə dünya çempionatı Belarusda təşkil olunmayacaq. Beynəlxalq Müasir Pentatlon Birliyinin (UIPM) rəsmi saytında yer alan xəbərə görə ölkə 7-13 iyunda Minskdə planlaşdırılan yarışı keçirmək hüququndan məhrum edilib. Müvafiq qərar Belarusdakı siyasi hadisələrlə əlaqədar qəbul olunub. Bildirilib ki, Tokio-2020 Yay Olimpiya Oyunlarına lisenziya xarakterli yarış eyni tarixdə, amma başqa ölkədə təşkil olunacaq. Qeyd edək ki, Belarus daha əvvəl büzüstü xokkey üzrə dünya çempionatını keçirmək hüququndan məhrum edilib.

18585 oxunub

InvestAZ