XƏBƏR LENTİ
20 Aprel 2024
19 Aprel 2024
18 Aprel 2024



“Eybar”ın qapıçısı tarixə düşdü
İdman 14:44 / 22.01.2021
İspaniyanın "Eybar" klubunun qapıçısı Marko Dmitroviç La Liqanın tarixinə düşüb. 29 yaşlı qapıçı XIX turda "Atletiko" (Madrid) ilə matçda penaltini dəqiq yerinə yetirib. Serbiyalı oyunçu 2011-ci ilin fevralından ölkə çempionatında qol vuran ilk qapıçıdır. La Liqada son olaraq "Almeriya" ilə görüşdə "Deportivo"nun qapıçısı Dani Aransubiya fərqlənib. M.Dmitroviç həm də 18 ildən sonra penaltidən fərqlənən ilk çərçivə qoruyucusudur. 2003-cü ildə "Las Palmas"ın qolkiperi Naço Qonsales "Atletik"lə qarşılaşmada penaltini dəqiq yerinə yetirib. Bu vaxta qədər İspaniya çempionatında 7 qapıçı qol vura bilib.
Qeyd edək ki, "Eybar" "Atletiko"ya 1:2 hesabı ilə uduzub.

17924 oxunub

InvestAZ