XƏBƏR LENTİ
29 Mart 2024
27 Mart 2024
26 Mart 2024
25 Mart 2024



Tennisçi ağır itkisindən danışdı
İdman 16:37 / 21.01.2021
Amerikalı tennisçi Sloan Stivens ailəsində baş verən yeni faciədən danışıb. Belə ki, tennisçinin babası dünyasını dəyişib. Qeyd edək ki, bir müddət əvvəl idmançının xalası və nənəsi koronavirus infeksiyası səbəbi ilə vəfat edib.

"Mənim babam Allahın və bütün həyatının sevgisinin yanına getdi. Nənəmin vəfatından bir həftə sonra babam bizi tərk etdi. Həyat yoldaşının vəfatı babama çox ağır təsir etdi. Mənim babam çox xeyirxah insan idi. Hər zaman onun yoxluğunu hiss edəcəyəm. O, sevginin, mehribanlığın, səxavətin və əsl ailəli insanın nümunəsi idi. Mən həmişə nənəmin və babamın mənimlə fəxr etməsini istəmişəm. Ən çox mənim tennis xəyallarımın gerçəkləşdiyini gördükləri üçün qürur duyuram.

Birlikdə keçirdiyimiz zaman üçün minnətdaram. Onların böyük sevgisi haqqında hekayələr danışılacaq”,- deyə tennisçi instaqram hesabında yazıb.

17561 oxunub

InvestAZ