XƏBƏR LENTİ
29 Mart 2024
27 Mart 2024
26 Mart 2024
25 Mart 2024



Dünyanın ən yaxşı futbol çempionatları
İdman 15:00 / 21.01.2021
Dünyanın ən yaxşı futbol liqalarının reytinq cədvəli açıqlanıb. Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (İFFHS) cədvəldə planetin 80 ən yaxşı çempionatı yer alıb. 2020-ci ilin yekunlarına əsasən ən yaxşılar arasına Azərbaycan Premyer Liqası da düşüb. Çempionatımız dünyada 74-cü yerdədir. Hesabında 174 xal olan Premyer Liqa ötən illə müqayisədə 18 pillə geriləyib. Bir il əvvəl Azərbaycan çempionatı dünyada 56-cı idi. İlk "üçlük”də ciddi dəyişikliklər olub. Ötən il 4-cü olan İtaliya A seriyası 1026 xalla 1-ci pilləyə yüksəlib. Hərəyə bir pillə geriləyən İngiltərə Premyer Liqası 1003 xalla 2-ci, Braziliya A seriyası 964 xalla 3-cü pilləyə yuvarlanıb. 954 xala malik İspaniya La Liqası isə "üçlüy”ü tərk edərək 4-cü sıraya enib.

Qeyd edək ki, qardaş Türkiyənin Super Liqası 2 pillə irəliləyib. 26-cı olan çempionatın 430 xalı var.

18948 oxunub

InvestAZ