XƏBƏR LENTİ
20 Aprel 2024
19 Aprel 2024
18 Aprel 2024



“Yuventus” Super Kubokun qalibi oldu
İdman 10:14 / 21.01.2021
Futbol üzrə İtaliya Super Kubokunun qalibi müəyyənləşib. "Mapei” stadionunda keçirilən görüşdə "Yuventus” əzəli rəqibi "Napoli” ilə qarşılaşıb. Gərgin keçən görüşün ilk hissəsində hesab açılmayıb. Fasilədən sonra daha üstün oyun nümayiş etdirən qoca sinyora hesabı açıb. Matçın 64-cü dəqiqəsində Kriştianu Ronaldo fərqlənib. Görüşün 80-ci dəqiqəsində "Napoli” klubu penalti vurmaq hüququ qazanıb, lakin Neapol təmsilçisinin futbolçusu Lorenso İnsinyanın zərbəsi dəqiq olmayıb. Oyunun 96-cı dəqiqəsində "Yuventus” rəqibin qapısına ikinci dəfə yol tapıb. Alvaro Morata son nöqtəni qoyub. Qalan dəqiqələrdə hər iki komandanın qol vurmaq şansı olsa da hesab dəyişməyib.

Qeyd edək ki, bu matç turinlilərin heyətində forma geyinən Kriştianu Ronaldo üçün əlamətdar olub. Belə ki, oyunda ilk qolun müəllifi olan Portuqaliyalı futbolçu qol sayında mütləq rekordçuya çevrilib. Karyerasında 760-cı qolunu vuran Ronaldo çexiyalı Yozef Bitsanın müəyyənləşdirdiyi mütləq rekordu geridə qoyub. Bitsan 1931 - 1955-ci illərdə 759 qol vurub.

Xa ki, Kriştianu Ronaldu daha əvvəl əfsanəvi Pelenin rekordunu keçib. Braziliyalı forvard 812 rəsmi matçda 757 qol vurub.

19025 oxunub

InvestAZ