XƏBƏR LENTİ
24 Aprel 2024
23 Aprel 2024
22 Aprel 2024
21 Aprel 2024



Zəka sahiblərimiz bu dəfə "Fuzuli Cup" turnirində yarışacaqlar
İdman 16:39 / 20.01.2021
Yanvarın 24-də Chess.az saytının təşkilatçılığı ilə onlayn formatda "Karabakh is Azerbaijan" şahmat seriyasının ikinci turniri keçiriləcək. Lichess.org platforması üzərindən keçiriləcək "Fuzuli Cup” turnirində Azərbaycan və Türkiyə şahmatçıları iştirak edəcəklər.

Seriya yarışı, ümumilikdə 8 turnir və böyük finaldan ibarət olacaq. Hər bir turnir işğaldan azad olunmuş şəhərlərimizin adını daşıyacaq. Səkkiz turnirin hər birində ilk altı yeri tutmuş şahmatçılar finala düşmək üçün xallar qazanacaqlar. Seriyanın sonunda, ən çox xal toplamış ilk 10 şahmatçı finalda oynamaq hüququ əldə edəcək. Yarışlar bazar günü, Bakı vaxtı ilə saat 12:00-da keçiriləcək və 90 dəqiqə davam edəcək. Yarışda nəzarət vaxtı 3 dəqiqə + hər gedişə 2 saniyədir.

Yanvarın 31-də "Zangilan Cup", fevralın 7-də "Qubadli Cup", fevralın 14-də "Shusha Cup", fevral 21-də "Agdam Cup", fevralın 28-də "Kalbajar Cup", martın 7-də "Lachin Cup" turnirlərinin təşkili planlaşdırılıb. Böyük final - "Karabakh is Azerbaijan Grand Final" martın 14-də olacaq.

Xatırladaq ki, "Karabakh is Azerbaijan" seriya yarışı çərçivəsində Azərbaycan və Türkiyə şahmatçılarının iştirakı ilə birinci turnir - "Jabrail Cup" yanvarın 17-də keçirilib.

16385 oxunub

InvestAZ