XƏBƏR LENTİ
29 Mart 2024
27 Mart 2024
26 Mart 2024
25 Mart 2024



Yeniyetmələr arasında ən güclülər müəyyənləşib
İdman 16:33 / 17.03.2019

"Baku Open” beynəlxalq karate turnirində kumite üzrə 12-13 yaşlılar və yeniyetmələr arasında ən güclülər müəyyənləşib.
12-13 yaşlı oğlanların mübarizəsində qalib adını Azərbaycan idmançıları Həsən Əhmədov (45 kq), Məhəmməd Xamoyev (45 kq), Aslan Dostuyev (50 kq), Nihad İsmayılov (55 kq), Vahid Həsənov (+55) qazanıblar. Qızların yarışlarında isə azərbaycanlı karateçilər Fatimə Cəbrayılova (42 kq), Süsənbər Həsənzadə (47 kq) və Qazaxıstan təmsilçisi Aida Bitimbaeva (+47 kq) qızıl medala layiq görülüblər.
Turnirdə 12-13 yaşlı oğlanlar arasında kata yarışında təmsilçilərimiz Həsən Əlizadə, qızların mübarizəsində Samirə Məmmədova birinci olublar. Yeniyetmələrin mübarizəsində isə kata üzrə karateçilərimiz Zəhra Qurbanzadə qızlar, Emin Namazov oğlanlar arasında çempion olublar.
Yeniyetmələr arasında kumite üzrə oğlanların yarışında Ruslan Qafarlı (57 kq), gürcüstanlı Givi Verxadze (63 kq) və Saba Mania (70 kq) birinci yeri tutublar. Azərbaycan təmsilçiləri Fidan Dadaşova (47 kq), Çinarə Xəlilova (54 kq) və Ukrayna idmançısı Aryna Bezrebraya (+54 kq) qızlar arasında qalib adını qazanıblar.
Turnirə martın 17-də yekun vurulacaq.

18604 oxunub

InvestAZ