XƏBƏR LENTİ
28 Mart 2024
27 Mart 2024
26 Mart 2024
25 Mart 2024



Atçılıq Federasiyasının ümumi yığıncağı keçirilib
İdman 12:22 / 17.03.2019

Bu gün Azərbaycan Respublikası Atçılıq Federasiyasının (ARAF) növbəti ümumi yığıncağı keçirilib. Yığıncaqda Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə, ARAF İdarə Heyətinin üzvləri və 100-ə yaxın federasiya üzvü iştirak edib. Ümumi yığıncağın əvvəlində son illər ərzində Azərbaycan Respublikasında atçılığın tərəqqisinə, beynəlxalq yarışlarda qazanılmış uğurlara həsr olunmuş sənədli film nümayiş etdirilib.
Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadənin giriş sözündən sonra federasiyanın baş katibi Bəhruz Nəbiyev 2009-cu ildən etibarən federasiya tərəfindən görülmüş işlərlə bağlı geniş məruzə edib.
Federasiyanın vitse-prezidenti Mahir Muradov son beş il ərzində atçılığın konkur növü üzrə görülmüş işlər, vitse-prezident Elşad Abbasov son beş il ərzində cıdır üzrə görülmüş işlər barədə, federasiyanın İdarə Heyətinin üzvü Bəsirət Quliyev milli at cinsləri və milli atüstü oyunlarla bağlı məruzələr ediblər.
Sonra federasiya prezidentinin seçkiləri keçirilib, Elçin Quliyev ümumi yığıncaq üzvlərinin maksimal səs çoxluğu ilə yenidən növbəti beş il müddətinə ARAF-ın prezidenti seçilib.
Ümumi yığıncağın qərarı ilə ARAF-ın birinci vitse-prezidenti vəzifəsinə Mahir Muradov, vitse-prezident vəzifələrinə Elşad Abbasov, Bəsirət Quliyev, Sakit Məmmədov, Bəhruz Nəbiyev seçilib və İdarə Heyətinin üzvləri təsdiq olunublar.
Səsvermədən sonra ARAF prezidenti Elçin Quliyev çıxış edib, göstərilən etimada görə Azərbaycan Respublikasının Prezidenti, Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyevə dərin minnətdarlığını bildirib, gələcək planlar və görüləcək işlər haqqında geniş məlumat verib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin diqqət və qayğısı sayəsində milli atçılığın böyük inkişaf yolu keçməsi xüsusi vurğulanıb, ARAF-ın fəaliyyəti dövründə əldə olunmuş nailiyyətlər, Qarabağ və Dilbaz milli at cinslərinin qorunması və təbliğatı üçün görülən işlər haqqında geniş məlumat verilib, milli atçılığın inkişafı istiqamətində həyata keçirilmiş tədbirlər ətraflı şərh olunub.
Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın dəstəyi ilə çövkən milli atüstü oyununun 2013-cü ildə UNESCO-nun təxirəsalınmaz qorunmağa ehtiyacı olan Qeyri-Maddi Mədəni İrs Siyahısına salınmasının milli atçılığın inkişafı üçün xüsusi əhəmiyyəti vurğulanıb.
Son illər ərzində atçılıq idmanı sahəsində əldə olunmuş əsas nailiyyətlər sırasında 2009-cu ildən etibarən ölkəmizdə atçılığın konkur növü üzrə beynəlxalq turnirlərin təşkilinə başlanılması və ildən-ilə bu turnirlərin sayının əhəmiyyətli dərəcədə artması, 2010-cu ildən cıdır yarışlarının keçirilməsi, 2010-cu ilin martında 1-ci Milli Atçılıq Festivalı çərçivəsində çövkən üzrə ilk respublika çempionatının təşkil edilməsi və bu turnirlərin ənənəvi olaraq keçirilməsi, 2012-ci ildən başlamaqla üç dəfə Böyük Britaniya Kraliçası II Elizabetin şərəfinə təşkil olunan təntənəli atçılıq tədbirlərində Qarabağ atlarının möhtəşəm şou proqramlarının nümayiş etdirilməsi, 2013-cü ilin sentyabrında "Polo vətənə qayıdır” devizi ilə ölkə ərazisində ilk beynəlxalq arena polo yarışının, 2014-cü ildə "Polo vətəni tanıdır” devizi ilə növbəti arena polo üzrə Dünya Kuboku turnirinin təşkil olunması, 2014-cü ildə Beynəlxalq Atçılıq Federasiyasının növbəti Baş Assambleyasının Bakıda keçirilməsi, 2015-ci ildə Azərbaycanın Polo üzrə Milli Komandasının Avropa çempionu tituluna sahib olması, Avropa çempionatından sonra Azərbaycan Prezidenti İlham Əliyevin ARAF rəhbərliyini və polo komandasının üzvlərini qəbul etməsinin, onları təbrik etməsinin, tapşırıq və tövsiyələr verməsinin idmançıları daha yüksək qələbələrə ruhlandırması, 2018-ci ildə Azərbaycan Milli Polo Komandasının İtaliyanın Siene şəhərində keçirilən Avropa Çempionatında gümüş medalın sahibi olması, 2018-ci və 2019-cu illərdə Azərbaycan poloçularının İsveçrənin Sankt Moritz şəhərində keçirilən Qar Polosu üzrə Dünya Kuboku turnirlərində iştirak etməsi və hər iki yarışın üçüncüsü olması, 2020-ci ildə 8 komanda arasında keçiriləcək Polo üzrə Avropa çempionatına Bakının ev sahibliyi etməsi barədə qərarın qəbul olunması, 2015-ci il birinci Avropa Oyunlarında, 2017-ci il İslam Həmrəyliyi Oyunlarında, Cümhuriyyətin 100 illiyinə həsr olunmuş parad və digər tədbirlərdə yüksək səviyyəli iştirakın təmin olunması diqqətə çatdırılıb.

24686 oxunub

InvestAZ