XƏBƏR LENTİ
29 Mart 2024
27 Mart 2024
26 Mart 2024
25 Mart 2024



Mövsümün ilk Qran-prisinin qalibi müəyyənləşib
İdman 15:36 / 16.03.2019

Melburn şəhərindəki "Albert Park" avtodromunda "Formula 1" üzrə Avstraliya Qran-prisi keçirilib.
Dünya çempionatının ilk mərhələsində qalib adını "Mercedes" pilotu Valtteri Bottas əldə edib.
Finlandiyalı idmançı yürüşün sonunadək dominantlığı əldən verməyib.
Onun britaniyalı komanda yoldaşı, son dünya çempionu Lüis Hemilton ikinci, "Red Bull"un hollandiyalı pilotu Maks Ferstappen üçüncü yeri tutub.
Qeyd edək ki, ümumilikdə 20 pilotdan Romen Qrojan ("Haas"), Daniel Rikkardo ("Renault") və Karlos Sayns ("Maklaren") finişə çata bilməyib. Növbəti Qran-pri 29 - 31 martda Bəhreyndə olacaq. Üçüncü mərhələ 12 - 14 apreldə Çində təşkil ediləcək. Daha sonra 26 - 28 apreldə Bakıda Azərbaycan Qran-prisi keçiriləcək. Dünya çempionatı ümumilikdə 21 mərhələdən ibarətdir.

20304 oxunub

InvestAZ