XƏBƏR LENTİ
24 Aprel 2024
23 Aprel 2024
22 Aprel 2024
21 Aprel 2024



XIV Respublika Universiadası davam edir
İdman 14:55 / 14.03.2019

"Gənclik” Tələbə İdman Cəmiyyəti Respublika Şurasının təşkilatçılığı ilə 2019-ci ilin mart-may aylarında ali təhsil müəssisələri tələbələri arasında XIV Respublika Universiadası keçirilir.
Universiadanın təqvim planına əsasən, idmanın 10 növü - şahmat, dama, stolüstü tennis, basketbol, badminton, sərbəst güləş, yunan-Roma güləşi, cüdo, atletika və voleybol (qızlar və oğlanlar) üzrə yarışlar keçirilir. Universiadaya daxil olan cüdo (oğlanlar) yarışlarında 5 komanda iştirak edib. Gərgin mübarizə şəraitində keçən yarışda Azərbaycan Tibb Universitetinin komandası birinci yeri tutub. Azərbaycan Neft və Sənaye Universitetinin və Azərbaycan Dövlət İqtisad Universitetinin komandaları isə müvafiq olaraq, ikinci, üçüncü yerləri tutublar.
XIV Respublika Universiadasının dama (qızlar, oğlanlar) yarışlarına da yekun vurulub. 12 komandanın iştirak etdiyi yarışda Azərbaycan Tibb Universitetinin tələbələri birinci yeri tutublar. Milli Aviasiya Akademiyası ikinci, Gəncə Dövlət Universitetinin komandası isə üçüncü yerə sahib.

21107 oxunub

InvestAZ