XƏBƏR LENTİ
28 Mart 2024
27 Mart 2024
26 Mart 2024
25 Mart 2024



Güləşçilərimiz Ukraynada iki medala sahib çıxdılar
İdman 11:46 / 20.10.2020

Ukraynada sərbəst və qadın güləşi üzrə açıq Kiyev turniri keçirilib. Yarışda Ukrayna, Azərbaycan, Rusiya, Moldova, Polşa, Yunanıstan və Fransa idmançıları qüvvələrini sınayıblar. Turnirdə qadınlardan ibarət yığmamızın iki üzvü çıxış edib. Tatyana Omelçenko (65 kq) bütün rəqiblərinə qalib gələrək fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. T.Omelçenko bu dəfə yuxarı çəkidə qüvvəsini sınamasına baxmayaraq, Aleksandra İşçenko, Manola Skobelska və Tatyana Rijkonu üstələyərək qızıl medal qazana bilib.
Alyona Kolesnik (57 kq) Karina Xornomoru məğlub etdikdən sonra Solomiya Vinnikə uduzub. Ancaq Violetta Petrovskaya qalib gələn millimizin üzvü bürünc medalı boynundan asıb.
Qeyd edək ki, komanda hesabında Azərbaycan 40 xalla ikinci yeri tutub.


16911 oxunub

InvestAZ