XƏBƏR LENTİ
26 Aprel 2024
24 Aprel 2024
23 Aprel 2024
22 Aprel 2024
21 Aprel 2024



AVRO-2020-də pley-off oyunları start götürür
İdman 10:01 / 08.10.2020
Bu gün AVRO-2020-nin pley-off mərhələsinin oyunlarına start veriləcək. 16 komanda Avropa çempionatına son 4 vəsiqə uğrunda mübarizə aparacaq. A, B, C və D yolunda hərəsində 2 olmaqla ümumilikdə 8 cütlük yarımfinalda üz-üzə gələcək. Hər qrupun 2 qalibi noyabrın 12-də final mərhələsinə yollanmaq üçün öz aralarında həlledici qarşılaşmaya çıxacaq. Hər iki raund bir oyundan ibarət olacaq. Yarımfinalın bütün qarşılaşmaları eyni saatda başlayacaq.

8 oktyabr

AVRO-2020

Pley-off, ilk oyunlar

A yolu

22:45. Bolqarıstan - Macarıstan

22:45. İslandiya - Rumıniya

B yolu

22:45. Bosniya və Herseqovina - Şimali İrlandiya

22:45. Slovakiya - İrlandiya

C yolu

22:45. Norveç - Serbiya

22:45. Şotlandiya - İsrail

D yolu

22:45. Gürcüstan - Belarus

22:45. Şimali Makedoniya - Kosovo

Qeyd edək ki, koronavirus pandemiyasına görə gələn ilə təxirə salınmış AVRO-2020-yə Bakı, Sankt-Peterburq, London, Münhen, Roma, Buxarest, Dublin, Kopenhagen, Bilbao, Qlazqo, Budapeşt və Amsterdam şəhərləri ev sahibliyi etməlidir. Çempionat oyunları 2021-ci il iyunun 11-dən iyulun 11-dək keçiriləcək.

Bakı Olimpiya Stadionu A qrupunun İsveçrə - Uels, Türkiyə - Uels və Türkiyə - İsveçrə qarşılaşmalarına, eləcə də 1/4 final mərhələsinin 1 oyununa ev sahibliyi edəcək.

18189 oxunub

InvestAZ