XƏBƏR LENTİ
29 Mart 2024
27 Mart 2024
26 Mart 2024
25 Mart 2024



Xüsusi olimpiyaçılar üzgüçülük yarışlarında
İdman 16:16 / 20.09.2020
Sentyabrın 20-də Xüsusi Olimpiya Komitəsinin təşkilatçılığı ilə xüsusi olimpiyaçılar arasında üzgüçülük üzrə yarış keçirilib. Yarış Bakı Su İdman Sarayında baş tutub. Turnirdə xüsusi, yardımçı internatlar, sosial müəssisə və inklüziv orta məktəblərin məzunlarından ibarət komandalar iştirak ediblər.
Yarışda yekun nəticələrə görə fərqlənən idmançılara mükafatlar təqdim edilib.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Sosial Xidmətlər Agentliyinin dəstəyi ilə keçirilən turnir 2021-ci ilin beynəlxalq yarışlarına hazırlıq xarakteri daşıyır.

19338 oxunub

InvestAZ