XƏBƏR LENTİ
19 Aprel 2024
18 Aprel 2024
17 Aprel 2024
16 Aprel 2024



Ağsuda uşu üzrə respublika turniri təşkil olunacaq
İdman 13:48 / 19.09.2020
Sentyabrın 24-27-də Ağsu Olimpiya İdman Kompleksinin stadionunda Aprel döyüşlərində şəhid olmuş Toğrul Fərəczadənin xatirəsinə həsr edilmiş yeniyetmələr və gənclər arasında uşu üzrə respublika turniri keçiriləcək. Ağsu Rayon Gənclər və İdman İdarəsinin və Azərbaycan Uşu Federasiyasının birgə təşkilatçılığı ilə keçiriləcək yarışa 200-dən çox idmançı qatılacaq. Turnirdə ölkənin şəhər və rayonlarından ümumilikdə 20-dən çox idman klubu iştirak edəcək.

18108 oxunub

InvestAZ