XƏBƏR LENTİ
29 Mart 2024
27 Mart 2024
26 Mart 2024
25 Mart 2024



“Ring”: əfsanəvi döyüş payızda keçiriləcək
İdman 14:36 / 10.08.2020
Əfsanəvi boksçular Mayk Tayson və Roy Cons arasında döyüş noyabrın 28-də baş tutacaq. Bu barədə "Ring” jurnalı məlumat yayıb. Nəşrin yazdığına görə, mübarizədən əldə olunan gəlirləri artırmaq məqsədilə M.Taysonun komandası döyüşü təxirə salmaq qərarına gəlib. Bu yaxınlarda komandaların görüşündən sonra R.Consun yeni tarixdə döyüşün keçirilməsinə razılıq verdiyi qeyd olunur. Qarşılaşma Kaliforniya ştatında baş tutacaq və 8 raunddan ibarət olacaq.
Bundan əvvəl ESPN telekanalı döyüşün sentyabrın 12-də keçiriləcəyini bildirmişdi.
Əlli üç yaşlı Mayk Tayson karyerası ərzində 58 döyüş keçirib. Onların 50-də qələbə (44-ü nokautla) qazanan dünya şöhrətli boksçu 6 qarşılaşmadan məğlub ayrılıb. Roy Consun hesabında 47-si nokautla olmaqla, 66 qələbə var.


17860 oxunub

InvestAZ