XƏBƏR LENTİ
20 Aprel 2024
19 Aprel 2024
18 Aprel 2024



Qitənin ən güclü gimnastları Bakıda müəyyənləşəcək
İdman 13:01 / 10.08.2020
Bu ilin Dekabr ayında Milli Gimnastika Arenası daha bir qitə birinciliyinə ev sahibliyi edəcək. Kişi idman gimnastlarının yarışından dərhal sonra bu dəfə arena öz qapılarını qadın idman gimnastları üçün açacaq.
«Olimpiyadunyası.com» və «Olimpnews.az» Azərbaycan Gimnastika Federasiyasına istinadla xəbər verir ki, qadın idman gimnastikası üzrə 33-cü Avropa çempionatının dekabrın 17-20-də keçirilməsi planlaşdırılır.
Qadınların qitə birinciliyinin daha öncə aprelin 30-dan mayın 3-dək Parisdə (Fransa) keçirilməsi nəzərdə tutulmuşdu. Lakin, bütün dünyada yayılmış "COVID-19” pandemiyası ilə əlaqədar olaraq bu yarış da təxirə salındı. Fransa Gimnastika Federasiyası isə çempionatı daha sonrakı tarixlərdə təşkil edə bilməyəcəyini bildirdi.
Bundan sonra Azərbaycan Gimnastika Federasiyasının istəyi əsasında "Avropa Gimnastikası” yarışın Bakıda keçirilməsinə qərar verdi.
Yarışın formatı planlaşdırıldığı kimi qalacaq və Olimpiya Oyunlarına təsnifat xarakteri daşıyacaq. Belə ki, çempionat Tokio-2020 Yay Olimpiya oyunlarına hələ də vəsiqə qazanmamış bəzi gimnastlar üçün lisenziya əldə etmək şansı verəcək.
Qeyd edək ki, kişi idman gimnastikası üzrə Avropa çempionatı isə dekabrın 9-13-də keçiriləcək.

18500 oxunub

InvestAZ