XƏBƏR LENTİ
19 Aprel 2024
18 Aprel 2024



Millimizin keçmiş baş məşqçisinin yeni iş yeri​
İdman 19:11 / 08.08.2020

"Kayserispor"dan ayrılan Robert Prosineçkinin yeni iş yeri məlum olub. 51 yaşlı mütəxəssis "Dənizlispor"u çalışdıracaq. Onun Superliqa təmsilçisi ilə 2 illik razılaşdığı bildirilib. Tezliklə klubun xorvatiyalı məşqçi ilə rəsmi müqavilə bağlaması gözlənilir.

Qeyd edək ki, R.Prosineçki 2014-2017-ci illərdə Azərbaycan millisinə baş məşqçilik edib. Onun çalışdırdığı son klub olan "Kayserispor" cari mövsümdə Superliqanı 17-ci pillədə tamamlayaraq 1-ci Liqaya düşüb.
Xatırladaq ki, "Denizlispor" çempionatı 14-cü pillədə başa vurub.


19333 oxunub

InvestAZ