XƏBƏR LENTİ
28 Mart 2024
27 Mart 2024
26 Mart 2024
25 Mart 2024



"Qəbələ"də məşqçi ayrılığı
İdman 15:41 / 08.08.2020

"Qəbələ”nin əsas komandasının məşqçilər korpusunda dəyişiklik olub. "Qırmızı-qaralar”ın məşqçisi kimi fəaliyyət göstərən Azər Bağırov komandadan ayrılıb. Klubda 2019-cu ilin oktyabrından çalışan mütəxəssis 2019/2020 mövsümündə məşqçi funksiyasını yerinə yetirib.

Onun "Qəbələ”də çalışdığı müddətdə 15 matça (13-ü Premyer Liqa, 2-si Azərbaycan Kuboku) çıxan "qırmızı-qaralar” 6 qələbə qazanıb, 2 heç-heçə edib və 7 dəfə məğlub olub. 28 qol vuran futbolçular​ 23 top buraxıb.
"Qəbələ” Bağırova komandadakı fəaliyyətinə görə təşəkkür edib, ona gələcək həyatında və karyerasında uğurlar arzulayıb.



20132 oxunub

InvestAZ