XƏBƏR LENTİ
20 Aprel 2024
19 Aprel 2024
18 Aprel 2024



Klublarımız üçün yubiley mövsüm
İdman 13:12 / 04.08.2020

Bu həftə keçiriləcək Çempionlar Liqasının 2020/21 mövsümünün I təsnifat mərhələsinin püşkatması ilə Azərbaycan klubları üçün yeni avrokubok mövsümü başlayacaq. Avqustun 9-da " Qarabağ”ın, ertəsi gün Avropa Liqasındakı təmsilçilərimiz "Neftçi”, "Keşlə” və "Qarabağ”ın rəqibləri bəlli olacaq. Bu, Azərbaycan üçün avrokuboklarda yubiley – 25-ci mövsüm olacaq. Qitə kuboklarında 1994-cü ilin yayında debüt edən ölkəmiz indiyədək 24 mövsüm qitə səhnəsinə çıxıb. Əslində, bu rəqəm 26 olmalı idi. Amma 2002/03 və 2003/04 mövsümlərində Azərbaycan qitədən kənarda qalıb. Bu da ölkəmizdə 2001/02 mövsümünün başa çatmaması, 2002/03 mövsümünün keçirilməməsi ilə bağlıdır. 2016/17 və 2017/18 mövsümləri təmsilçilərimiz üçün ən uğurlular sayılır. Həmin vaxt komandalarımız müvafiq olaraq 11 və 10 qələbə qazanıb. 1994/95, 1995/96, 1997/98 və 2001/02 mövsümlərində isə Avropa macəraları qələbəsiz başa çatıb. Qeyd edək ki, komandalarımız indiyədək keçirdiyi 350 avrokubok oyununda 102 qələbə qazanıb, 84 heç-heçə edib və 164 dəfə uduzub.


18741 oxunub

InvestAZ