XƏBƏR LENTİ
23 Aprel 2024
22 Aprel 2024
21 Aprel 2024
20 Aprel 2024



XIX əsrin sonu XX əsrin əvvəllərində Osmanlı Türkiyəsinə qarşı böyük dövlətlərin xarici siyasətində erməni məsələsi
İdman 14:46 / 30.07.2020
20 iyun 1890-cı il. Ərzurum şəhərindəki kilsəyə və Sanasaryan məktəbinə çoxlu silah yığmış ermənilər asayişi bərqərar etməyə gəlmiş əsgərlərə atəş açmışlar. İki əsgər, bir zabit ağır yaralanmış, bir polis işçisi isə vəhşicəsinə öldürülmüşdür.
15 iyul 1890-cı il. İstanbuldakı Kumkapı kilsəsinə yığılmış erməni quldur dəstəsinin üzvləri patriarx (kilsənin başçısı) Aşıkyanın otağına girib, onu zorla kilsədən bayıra çıxarmış və faytona mindirib qaçmışlar. Hadisə yerinə tələsmiş əsgərlərlə quldurlar arasında atışma baş vermişdir. 16 əsgər həlak olmuşdur.
1893-cü il. Yozqatda qiyam etmiş ermənilər qiyamda iştirak etməkdən imtina edən Boğazkaya kəndinin ermənilərini öldürmüşlər. Talas kəndinin sakini, aşpaz oğlu Dot və Mihran qiyamçılara qoşulmaq istəməyən zərgər Haçonu qətlə yetirmişlər. Erməni quldur dəstəsinin üzvü Toros Yavokyan və onun dörd həmkarı mədəndən Yozqata hərəkət edən poçt arabasının sürücüsünü və keşikçini öldürərək, 170 ədəd qızıl sikkə və xeyli pul ələ keçirmişlər.
İyul 1894-cü il. Qafqazlı Kirkor və Van şəhərinin sakini, keçmiş Vaprtanın başçılığı altında erməni quldur dəstəsi Osmanlı imperiyası ilə İran arasındakı sərhəddə yerləşən Hanazur yaşayış məntəqəsinə hücum etmişlər. Nəticədə Mazrik tayfasından çoxlu kişi, qadın və uşaq həlak olmuşlar.
İyul 1894-cü il. Hamparsum Boyacyanın başçılıq etdiyi erməni quldur dəstəsi Muş şəhərinin yaxınlığında yaşayan Bikrəm və Zadyan tayfalarına hücum etmişlər. Ömər Ağanın qardaşı oğlu Hacının qarnını yırtıb, tonqalda yandırmışlar. Cevizlidərə kəndində üç müsəlman ailəsinin qadın və qızlarını zorladıqdan sonra öldürmüşlər. Ermənilər, həmçinin qoşuluqda yaşayan tayfaların 30-dan çox üzvünə ölənədək işgəncə vermişlər.
4 avqust 1894-cü il. Tokatdan İstanbula hərəkət edən poçt arabası Köməç kəndi yaxınılığındakı körpünü keçərkən, Armanak Çakıcyan, Sərkis Kalostyan, Kasbar Kalostyan, Nişan Keşisiyan, Ovadis Bezirqanyan, Resler Sərkis və Leon Melkuryandan ibarət erməni quldur dəstəsinin hücumuna məruz qalmışdır. Quldurlar sürücü Mehmet Əfəndinin başını kəsərək və sümüklərini sındıraraq qətlə yetirmişlər.

16 sentyabr 1895-ci il. Zeytun kəndindəki (indiki Süleymanlı) qiyam zamanı 50 zabit, şəhərin komendantı və 600 əsgər ermənilər tərəfindən əsir alınmış və sonra erməni qadınlarının gözləri önündə qətlə yetirilmişlər.
26 sentyabr 1895-ci il. İstanbuldan gəlmiş erməni quldurları Trabzon şəhərindəki Şərq Meydanında dinc əhaliyə atəş açmışlar. Nəticədə Rəhmi adlı əsgər və 21 nəfər mülki Türk vətəndaşı həlak olmuşdur.
30 sentyabr 1895-ci il. İstanbul kilsəsinə yığılmış erməni quldur dəstələrinin başçıları mindən çox erməni ilə birlikdə İstanbulun Babia - Ali adlanan hissəsinə doğru yürüşə başlamışlar. Yolüstü ermənilər jandarmeriya mayoru Sərvəti balta ilə doğrayaraq, vəhşicəsinə öldürmüşlər. Qatillər, həmçinin dinc əhaliyə atəş açaraq, onların çoxunu qətlə yetirmişlər.

9 oktyabr 1895-ci il. Erməni terrorçuları Ərzincan şəhərindəki bazar meydanında müsəlman ruhanini və onun ətrafına yığışmış bir neçə ibadətçini vəhşicəsinə öldürmüşlər.
15 oktyabr 1895-ci il. «Hnçak» adlı terrorçu dəstənin üzvləri Soğucak kəndinin yaxınlığında onlarla əməkdaşlıq etmək istəməyən erməni keşişi Passihi edam etmişlər.
18 oktyabr 1895-ci il. Evlərdə mövqe tutmuş ermənilər əsgərlərə atəş açaraq, onlardan 15-ni öldürmüşlər. Hınısda böyük hörmət sahibi olan Şeyx Heydər Əfəndi ermənilər tərəfindən parça-parça doğranaraq, vəhşicəsinə qətlə yetirilmişdir.
20 oktyabr 1895-ci il. Türk ordusunun 40-cı nizami polkunun leytenantı Kilisli Hasan Ağa və onun ailəsi Haçın kəndinin 15 kilometrliyində yerləşən Alayçayı kəndində Fərənəz, Zeytun və Alabaş kəndlərindən gəlmiş silahı ermənilərin hücumuna məruz qalaraq öldürülmüşlər.
21 oktyabr 1895-ci il Ermənilər Korel kəndinə basqın edib, 57 ev yandırmışlar. Onlar, həmçinin Çapanoğlu Hüsnünü diri-diri yandırmış və Karabacak Osmanı öldürmüşlər. Daha sonra ermənilər türk kəndi Çukurhicara hücum edərək, 150 kişi, 40 qadın və 95 uşağı vəhşicəsinə öldürmüş, 180 ev yandırmışlar.
6 Yanvar 1896-cı il. Van şəhərində erməni keşişi Boqos bəzi qiyamçı ermənilərin haqsız əməllərinin qarşısını almaq istədiyi zaman erməni quldurları tərəfindən öldürülmüşdür.
12 may 1896-cı il. Çatak şəhərinin yaxınılığında yaşayan Artuş tayfasının Giray şaxəsinin 4 üzvü ermənilər tərəfindən öldürülmüşdür. Meyitlər parça-parça doğranmış, ürəkləri və beyinləri isə çıxarılmışdır.
14 avqust 1896-cı il. «Hnçak» və «Daşnak» adlı erməni quldur dəstələrinə mənsub 23 erməni terrorçu İstanbuldakı «Osmanlı Bankı»nın binasını zəbt edərək, jandarmeriya rəisini vəhşicəsinə öldürmüşlər. Sonra isə bankdan atış açaraq, jandarmeriya leytenantı Mehmeti, serjant Hasanı, növbətçi İsmaili və Tinas adlı bir yunanı da öldürmüşlər, bu bankda işləyən iki fransız mühasibini isə yaralamışlar.
İstanbuldakı Aleppo bazarının yanından keçən əsgərlərə ermənilərin bomba atması nəticəsində bir əsgər və bir polis nəfəri həlak olmuş, 27 əsgər və 2 polis komissarı isə yaralanmışdır. Bu hadisə zamanı yaralanlar arasında 24 nəfər mülki şəxs də olmuşdur. Həmin gün Kasımpaşada erməni terrorçuları silahsız camaata hücum etmişlər. Nəticədə 23 türk həlak olmuş, 40 nəfər yaralanmışdır.

Noyabr 1896-cı il. Bazar günü Van şəhərində gecə saat 3:30-da erməni keşişi Der Komidar xəstəxanaya aparılmaq bəhanəsilə, evdən tənha küçəyə çıxarılmış və orada «Hnçak» quldur təşkilatının üzvləri tərəfindən öldürülmüşdür.
21 iyul 1905-ci il. «Daşnak»quldur dəstəsinin üzvləri Osmanlı İmperatoru İkinci Əbdülhəmidin karetini partlatmışlar. Nəticədə 26 nəfər ölmüş, 58 nəfər yaralanmışdır.
9 aprel 1909-cu il. Adana şəhərində erməni quldurları iki cavan və bir ahıl türkü öldürmüşlər. Daha sonra silahlı ermənilər dinc əhaliyə atəş açmış və 100-dən çox türkü qətlə yetirmişlər.
Oktyabr 1909-cu il. Adanada Kozan yepiskop Muşeqin başçılığı altında 200 nəfər silahlı erməni quluqçu Adananın bütün müsəlman əhalisini öldürməyə and içmişlər. (Vəliyev D. və b. Erməni terrorizmi və cinayətləri: Azərbaycanda, Türkiyədə və dünyada. Hadisələr və faktların xronikası. Bakı, «Elm» nəşriyyatı, 1994. 181 səh.)
21 fevral 1914-cü il.Türkiyənin Qars və Ərdəhan şəhərlərində Türkiyə parlamentinin deputatı, "Qnçaq” təşkilatının üzvü Stepan Ter-Danielyanın rəhbərliyi ilə 30 minədək türk qətlə yetirilmiş, körpələr odda yandırılmışlar.
Fevral 1915-ci il. Haskayda Erməni çeteleriylə çarpışmada 200 Türk qətlə yetirilmişdir.
Aprel 1915-ci il. Vanda Köyere basqınında 120 türk öldürülmüşdür.
1915-ci ildə Vanda Bazı köy əhalisindən 150 nəfər qətlə yetirilmişdir.
1915-ci ildə Bitlisdə rus, erməni və kazak saldırısında 16000 türk qətlə yetirilmişdir.
8 may 1915-ci ildə Bitlisdə Hudud köylerinə təcavüz sırasında 40 minədək türk qətlə yetirilmişdir.
9 may 1915-ci ildə Bitlisdə Çeşitli köylerdə 123 türk qətlə yerilirmişdir.
1915-ci ildə Vanda Çeşitli köylerde 44 türk qətlə yetirilmişdir.
Fevral 1915-ci il. Rus qoşununun Van şəhərini tez zəbt etməsi nəticəsində ermənilər qiyam qaldırmış, türk kişilərinin cəbhədə olduğundan istifadə edərək, kəndlərə hücum edib qadın və uşaqları qırmışlar. Vanın Müsəlman məhəlləsini yandırmışlar.

8 may 1916-cı ildə Tercanda Köylere erməni saldırısında 563 türk qətlə yetirilmişdir.
8 may 1916-cı ildə Van və Tatvanda 1600 türk qətlə yetirilmişdir.
22 may 1916-cı ildə Köprüköy və Vanda 200 türk qətlə yetirilmişdir.
22 may 1916-cı ildə Vanda rus və ermənilər tərəfindən 15000 türk qətlə yetirilmişdir.
22 may 1916-cı ildə Vanda yeməkdən zəhərlənən 8000 müsəlmanlar ölmüşdür.
22 may 1916-cı ildə Vanda Hoşabda 80000 nəfər qətlə yetirilmişdir.
22 may 1916-ı ildə Van, Ergel və Atyanda 15000 nəfər qətlə yetirilmişdir.
23 may 1916-cı ildə Ofda təcavüz edilərək 5 qadın öldürülmüşdür.
23 may 1916-cı ildə Trabzonda Bazi köylede 2086 nəfər qətlə yetirilmişdir.
23 may 1916-cı ildə Vanda Seyl köyündə 300 Müsəlman öldürülmüşdür.
11 may 1916-cı ildə Van və köylerində 44233 nəfər qətlə yetirilmişdir
11 may 1916-cı ildə Malazgirtdə 20000 nəfər qətlə yetirilmişdir.
11iyun 1916-cı ildə Bitlis işğal sırasında 12 türk zülmlə öldürülmüşdür.
01 aprel 1916-cı ildə Van və Reşadiyedə Aşnak karyesində 15 türk vətəndaşı zülmlə öldürülmüşdür.
06 iyun 1916-cı ildə Van və Abbasağa köyündə 14 nəfər işgəncə ilə öldürülmüşdür.
12 fevral 1918-ci il. Türkiyənin Ərzurum şəhər dəmiryol stansiyasında erməni silahlıları 10 nəfər günahsız türkü güllələmişlər.
17 fevral 1918-ci il. Türkiyənin Tərəköy kənd sakinləri cinsindən və yaşından asılı olmayaraq, tamamilə Andronikin başçılığı ilə qılıncdan keçirilmişlər.
20 fevral 1918-ci il. Ərzurumda ermənilər 270 türkü Yakutiya qarnizonunun hamamına doldurub, öldürmüşlər.
25 fevral 1918-ci il. Ərzurum dəmiryol stansiyasında erməni quldurları 10 türkü qətlə yetirmişlər.
5 fevral 1919-cu il. Saqqallı silahlı ermənilər Abbulluq kəndinə daxil olub, 25 uşağı, 15 qadını, 50 kişini vəhşicəsinə öldürmüş, Abdulyan kəndində isə 144 evi yandırıb, 560 kişini, 15 qadını, 25 uşağı, Gilanı-Turani kəndində 10 kişini, 1 qadını və 1 uşağı qətlə yetirərək, yandırmışlar.
6 fevral 1919-cu il. Erməni quldurları Mehman kəndinə hücum edib, 29 kişini, 10 qadını, 12 uşağı öldürmuş, 37 evi yandırmışlar.
7 fevral 1919-cu il. Kelantı kəndinə hücum edən erməni quldurları 15 kişini, 3 qadını və 5 uşağı qətlə yetirmiş, meyitləri təhqir etmişlər.
8 fevral 1919-cu il. Erməni başkəsənləri Qaramlı kəndində "Daşnaksütyun” təşkilatının rəhbərliyi ilə 15 uşaq və 36 qadını qətlə yetirmiş, 80 nəfəri diri-diri torpağa basdırmışlar.
2 fevral 1920-ci il. Türkiyənin Şuraqəl şəhərinə basqın edən erməni quldurları 1350 nəfəri qətlə yetirmişlər. Zaruşat şəhərində isə 2150 nəfər qətlə yetirilmiş, suda batırılmışdır.
6-7 fevral 1920-ci il. Silahlı ermənilər qəfildən Qarğabazar kəndinə hücum edib 26 uşaq, 34 qadın, 13 kişini öldürmüş, 38 kişi və 15 qadını girov aparmış, evləri qarət edərək yandırmışlar. Gəncə qəzasının Şişqaya, Sadarağac və Hacı Qəriblər kəndləri talan edilmişdir. Dağlara qaçanların 30 nəfəri soyuqdan donub, ölmüşdür. 




24680 oxunub

InvestAZ