XƏBƏR LENTİ
29 Mart 2024
27 Mart 2024
26 Mart 2024
25 Mart 2024



Olimpiya Oyunlarının yeni çempionları məlum olub
İdman 15:57 / 14.07.2020

Beynəlxalq Olimpiya Komitəsi (BOK) sərbəst güləşçi Bilal Mahovu və Komeyl Qasemini 2012-ci ildə Londonda keçirilən Yay Olimpiya Oyunlarının qalibi elan edib.​ Bu barədə məlumat təşkilatın rəsmi saytında dərc olunub.

Məlumat üçün bildirək ki, Oyunların yarımfinal mərhələsində B.Mahov məğlub olaraq, bürünc medal qazanıb. Lakin nəticədə hər iki finalçı antidopinq qaydalarını pozduğuna görə diskvalifikasiya edilmişdi. Bununla əlaqədar olaraq, Bilal Mahov və iranlı Komeyl Qasemi çempion tituluna layiq görülüblər. Hər iki idmançıya bürünc medal əvəzinə qızıl medal təqdim olunacaq.
Qeyd edək ki, əvvəl London-2012-nin çempionu 120 kq çəki dərəcəsində güləşən Özbəkistan təmsilçisi Artur Taymazov hesab olunurdu. Oyunların gümüş medalı isə Gürcüstan təmsilçisi Davit Modzmanaşviliyə məxsus olduğu bildirilirdi. Lakin dopinq səbəbi ilə hər iki idmançı diskvalifikasiya edilib.


21877 oxunub

InvestAZ