XƏBƏR LENTİ
16 Aprel 2024
15 Aprel 2024
14 Aprel 2024
13 Aprel 2024



"Qarabağ" klubu Qəbələyə yollandı
İdman 14:00 / 14.07.2020

2020/2021 mövsümündə Azərbaycanı UEFA Çempionlar Liqasında təmsil edəcək "Qarabağ" təlim-məşq toplanışı üçün Qəbələyə yollanıb.

Klubun Mətbuat xidmətindən verilən məlumata görə, komanda səhər saatlarında əyalətə yola düşüb.
Hazırda İspaniyada olan Xayme Romero və Miçel Maderadan başqa hamı Ağdam təmsilçisinin düşərgəsindədir. Yeri gəlmişkən, ispaniyalı yarımmüdafiəçilərin yenidən Bakıya qaytarılması istiqamətində işlərə artıq start verilib.
Dünən isə komanda üzvləri koronavirus testindən keçiblər. Klubun işçiləri, məşqçilər heyəti və futbolçulardan götürülmüş analizlərin nəticəsi mənfi çıxıb.
Qeyd edək ki, "Qarabağ" koronavirus pandemiyası səbəbindən vaxtından əvvəl başa çatdırılan 2019/2020 mövsümünün qalibi elan olunub.


25928 oxunub

InvestAZ