XƏBƏR LENTİ
28 Mart 2024
27 Mart 2024
26 Mart 2024
25 Mart 2024



Zəka sahibimiz​​ onlayn turnirdə birinci​​ oldu
İdman 13:43 / 11.07.2020

Şahmatın blits növü üzrə "Unity Chess Club”un təşkilatçılığı ilə keçirilən onlayn turnirdə Azərbaycan şahmatçıları da iştirak ediblər.

"Lichess.org" platforması vasitəsilə keçirilən yarışda təmsilçimiz Gülnar Məmmədova uğurla çıxış edərək birinci yeri tutub. Digər qadın şahmatçımız Gövhər Beydullayeva 9-cu olub.
Ümumi nəticəyə əsasən, şahmatçılarımızdan Vüqar Rəsulov 5-ci, Məhəmməd Muradlı 14-cü yeri tutublar.
Turnirdə, ümumilikdə 700-ə yaxın şahmatçı iştirak edib ki, onlardan da 83-ü qrossmeyster olub.


20689 oxunub

InvestAZ