XƏBƏR LENTİ
24 Aprel 2024
23 Aprel 2024
22 Aprel 2024
21 Aprel 2024



"Sevilya" Avrokuboklara​yollanmaq iddiasını davam etdirir
İdman 18:19 / 10.07.2020

İspaniya La Liqasının 35-ci turunda "Atletik Bilbao" San Mamesdə "Sevilya" ilə üz-üzə gəlib. Meydan sahibləri ilk hissədə hesabı açıblar. 28-ci dəqiqədə Capo rəqibi məyus edib. İlk hissədə başqa qol olmayıb. Fasilədən sonra qələbəyə köklənən "Rojiblankos" geri dönüş etməyi bacarıb. 69-cu dəqiqədə Baneqa hesaba tarazlıq gətirib. Bu qoldan 5 dəqiqə sonra El Haddadi komandasına qələbə qazandıran qolu vurub.

Qeyd edək ki, bu qələbədən sonra xal ehtiyatını 63-ə çatdıran "Sevilya" 4-cü pilləyə yüksəlib. "Atletik Bilbao" isə 48 xalla doqquzuncudur.
"Atletik Bilbao" - "Sevilya" 1:2
Qollar: Capo, 28; Baneqa, 69, Elə Haddadi, 74.


30576 oxunub

InvestAZ