XƏBƏR LENTİ
25 Aprel 2024
24 Aprel 2024
23 Aprel 2024
22 Aprel 2024
21 Aprel 2024



«Real» «Yuventus»la, «Barselona» isə «Bavariya» ilə üz-üzə gələ bilər - Təhlil
İdman 16:31 / 10.07.2020

Xəbər verdiyimiz kimi, bu gün İsveçrənin Nyon şəhərində UEFA Çempionlar Liqasının 2019/20 mövsümünün son püşkatma mərasimi keçirildi. Pandemiya dövründə təşkil olunan tədbirdə onlayn iştirak edən komandalar rəqiblərini müəyyənləşdiriblər.

Məsələyə aydınlıq gətirmək üçün qayıdaq bir qədər əvvələ…

Məlumat üçün bildirək ki, mart ayında keçirilən görüşlərdə artıq ən güclülərdən bir neçəsi müəyyənləşmişdi. Məsələn, martın 11-də «Valensiya»nı doğma divarlar arasında məğlub edən «Atalanta» növbəti mərhələyə vəsiqə əldə etmişdi - 3:4 (4:8). «Leypsiq» isə «Tottenhem»i mübarizədən kənarlaşdırmışdı - 3:0 (4:0). Martın 12-də UEFA Çempionlar Liqasının ötənilki qalibi «Liverpul» mötəbər turnirlə vidalaşmışdı. Qeyri-adi oyun tərzi ilə seçilən Madrid «Atletiko»su cavab qarşılaşmasının əlavə olunmuş dəqiqlərində rəqibindən üstün olan qolu vurmuşdu - 2:3 (2:4). Günün paralel keçirilən digər qarşılaşmasında PSJ güclü heyəti olan Dortmund «Borussiya»sını məğlub etmişdi - 2:0 (3:2). Martın 18-də keçirilən görüşlərdə də maraqlı nəticələr qeydə alınmışdı. Belə ki, Fransada «Lion» «Yuventus»a bir qol vuraraq, cavab oyununu gözləyirdi. Madrid «Real»ın isə «Santyaqo Bernabeu»da «Mançester Siti» ilə üz-üzə gəlmişdi. İspaniya klubu ilk matçda bir qol fərqi ilə irəlidə olmasına baxmayaraq, sonradan öz qapısından iki qol çıxarmışdı - 1:2. Martın 19-da keçirilən iki görüş də azarkeşlərin yəqin ki, yadından çıxmayıb. «Bavariya» «Çelsi»ni 3:0 hesabı ilə məğlub edərək, London səfərini gözləyirdi. «Barselona» isə səfərdə «Napoli» ilə qarşılaşmışdı. İtaliya təmsilçisi hesabda irəli olsalar da, «Barselona» hesabı bərabərləşdirə bilmişdi.

Sonra COVİD-19 virusu daha da vüsət almağa başladı. Hər bir sahədə olduğu kimi futbolda da virus öz sözünü dedi. Qitə ölkələri qısa zaman ərzində öz sərhədlərini bağlayıb, azarkeşlərə və futbolçulara «evdəqal» dedilər. Uzun bir fasilə yarandı. Pandemiyanın davam etdiyi bu günlərdə «böyük beşlik» ölkələrindən ilk olaraq Almaniya ürəkləndi. Bundesliqa qaldığı yerdən davam etdi. Tədricən Avropada futbol yaşıl meydanlara qayıtdı. Amma azarkeşsiz. Bu da təbii haldır. Pandemiya hələ bitməyib. İnsan sağlamlığı hər şeydən üstündür.

Tədricən həyat qismən də olsa, öz axarına düşür. Bu gün Çempionlar Liqasının püşkatma mərasiminin keçirilməsi bizi bunu deməyə sövq edir.

Artıq yarışların günü və yeri müəyyənləşib. 4 klub və cavab oyunları hələ keçirilməyən 1/8 finalın 4 cütünün rəqibləri bəllidir. Portuqaliyanın paytaxtı Lissabonda keçiriləcək və bir qarşılaşmadan ibarət 1/4 görüşləri avqustun 12-15-də oynanılacaq. Yarımfinal və fianla görüşləri də eyni məkanda olacaq. Lissabondakı 1/2 final görüşləri avqustun 18-19-da, final 23-də baş tutacaq.

Köhnə rəqiblərin yeni sınağı

Bu məqamda rəqiblər barəsində də danışmaq yerinə düşər.

Məsələn əgər «Real» evdəki məğlubiyyətin əvəzini çıxa bilsə, «Yuventus»la üz-üzə gələ bilər. Futbol azarkeşləri yaxşı bilirlər ki, «Real» hər zaman səfər komandası kimi diqqət çəkir. «Yuventus» isə hazırda yüksək formadadır. Pandemiya ilə əlaqədər yarımçıq saxlanılan və PSJ-nin çempion olduğu Fransa çempionatında «Lion» heç bir görüşdə iştirak etmir. Çətin ki, futbolsuz qalan «Lion» cvab qarşılaşmasında «Qoca Sinyora»nı məyus edə bilsin. «Leypsiq» isə artıq öz rəqibini tapıb. Almaniya təmsilçisi son çempion «Liverpul»u mübarizədən kənarlaşdıran Madrid «Atletiko»sunun sınağından keçməlidir. İlk görüşdə heçə-heçə edən «Napoli» «Barselona» ilə görüşəcək. Qalib tərəf çox güman ki, «Bavariya» ilə üz-üzə gələcək. Çünki çempionluğunu bu mövsüm üçün gözəl çıxışı ilə çempionluğu vaxtından əvvəl qeyd «pivəçilər» ilk görüşdə «Çelsi»nin böyük hesabla məğlub etmişdilər. «Zadəganlar»ın «Bavariya» səddini keçməsi inandırıcı deyil. Bu mövsüm maraqlı çıxış edən «Atalanta» yarımfinala gedən yolda PSJ ilə qarşılaşacaq. Reqlamentə əsasən bütün matçlarda olduğu kimi, bu görüşün də müqqədaratı Lissabonda həll olunacaq. Bu oyunda favoritin hansı tərəf olacağı sual altındadır. Həmin suallara isə qeyd etdiyimiz kimi avqust ayında aydınlıq gələcək.

Anar Əhmədov


19253 oxunub

InvestAZ