XƏBƏR LENTİ
24 Aprel 2024
23 Aprel 2024
22 Aprel 2024
21 Aprel 2024



Şahmatçılarımız​​ onlayn​ turnirdə​ iştirak​ edəcəklər
İdman 15:09 / 10.07.2020

Azərbaycan​ və​ Ukraynanın​ qadın​ şahmatçıları​ arasında​ onlayn​ turnir​ keçiriləcək.​ Yarışda hər komandanın tərkibində 10 şahmatçı mübarizə aparacaq.

Ölkəmizi turnirdə Günay Məmmədzadə, Gülnar Məmmədova, Xanım Balacayeva, Türkan Məmmədyarova, Ülviyyə Fətəliyeva, Nərgiz Umudova, Nərmin Xələfova, Zeynəb Məmmədyarova, Xəyalə Abdulla və Gövhər Beydullayeva təmsil edəcək.
İyulun 21-də start götürəcək və 3 gün davam edəcək yarış 20 iyul - Beynəlxalq Şahmat Gününə həsr ediləcək.
Ümumilikdə, 20 turdan ibarət olacaq turnir Dövlət Neft Şirkəti - SOCAR, eləcə də Azərbaycan və Ukrayna Şahmat Federasiyalarının təşkilatçılığı ilə baş tutacaq.


17708 oxunub

InvestAZ