XƏBƏR LENTİ
24 Aprel 2024
23 Aprel 2024
22 Aprel 2024
21 Aprel 2024



Klublarımız avrokubok oyunlarını​ azarkeşsiz keçirəcəklər
İdman 13:55 / 10.07.2020

2020/2021 mövsümündə Azərbaycanı avrokuboklarda təmsil edəcək klubların təsnifat mərhələlərindəki oyunları azarkeşsiz keçiriləcək.​ Bu barədə qərar UEFA İcraiyyə Komitəsinin iyulun 9-da keçirilmiş​ iclasında​ qəbul olunub. Milli assosiasiyalarla qarşılıqlı razılıqdan sonra növbəti bildirişədək​ qitə futbol qurumunun bayrağı altında təşkil olunmuş​ matçlara fanatlar buraxılmaması məqsədəuyğun sayılıb. Bu qərar avrokuboklarda cari mövsümün qalan görüşlərinə də şamil olunacaq. Qeyd edək ki, yeni mövsümdə "Qarabağ" Çempionlar Liqasında, "Neftçi", "Keşlə" və "Sumqayıt" isə Avropa Liqasında mübarizə aparacaq. Təsnifat mərhələsinin qarşılaşmaları 1 oyundan ibarət olacaq.


17747 oxunub

InvestAZ