XƏBƏR LENTİ
25 Aprel 2024
24 Aprel 2024
23 Aprel 2024
22 Aprel 2024
21 Aprel 2024



Azarkeşlərin pulları geri qaytarılır
İdman 13:06 / 10.07.2020


​Tokio Olimpiadasında yarışlara bilet almış azarkeşlər Oyunların 2021-ci ilə köçürülməsi ilə əlaqədar olaraq pulları geri ala biləcəklər. Bu barədə "Kyodo” agentliyi məlumat verib. Qərar Tokio Olimpiadasının təşkilat komitəsi tərəfindən qəbul edilib. Qeyd edək ki, Olimpiada 2020-ci ilin iyulun 24-dən avqustun 9-dək keçirilməli idi. Lakin koronavirus pandemiyası səbəbindən təxirə salınan yarışın 2021-ci il 23 iyul-8 avqust tarixləri arasında keçirilməsi planlaşdırılıb.​ Tarixin dəyişdirilməsinə baxmayaraq "Tokio-2020” adı qorunub saxlanacaq.


19042 oxunub

InvestAZ