XƏBƏR LENTİ
29 Mart 2024
27 Mart 2024
26 Mart 2024
25 Mart 2024



Paytaxtımızda paracüdo üzrə Qran-Pri​​ turniri​​ keçirilə bilər
İdman 12:37 / 09.07.2020

Beynəlxalq Görmə Məhdudiyyətli İdmançılar Assosiasiyası yarışların yenilənmiş təqvimini dərc edib. Təqvimə əsasən, bu ilin 13-19 noyabr tarixlərində paracüdo idman növü üzrə Qran-Pri, beynəlxalq təlim-məşq toplantısı və tibbi göz təsnifatının Bakıda keçiriləcəyi gözlənilir.

Eyni zamanda 2021-ci ilin may ayında Bakıda paracüdo üzrə Qran-Pri yarışların keçirilməsi barədə Azərbaycan Milli Paralimpiya Komitəsi və Beynəlxalq Görmə Məhdudiyyətli İdmançılar Assosiasiyası arasında razılıq əldə edilib.
Qeyd edək ki, 2021-ci il may ayında keçiriləcək Qran-Pri Tokio 2020 Yay Paralimpiya Oyunları öncəsi sonuncu təsnifat yarışı olacaq.
Xatırladaq ki,​ cari ilin noyabr ayında keçirilməsi nəzərdə tutulan yarışla bağlı yekun qərar bu gün dünyada tətbiq edilmiş karantin rejiminin vəziyyətindən asılı olaraq qəbul ediləcək.


16255 oxunub

InvestAZ