XƏBƏR LENTİ
20 Aprel 2024
19 Aprel 2024
18 Aprel 2024



"Barselona" "Espanyol"u​ aşağı​ liqaya​ göndərdi
İdman 10:16 / 09.07.2020

"Barselona"​ klubu​ futbol​ üzrə İspaniya​ La​ Liqasında​ növbəti​ qələbə​ qazanıb.​ Kike Setyenin baş məşqçi olduğu kollektiv Kataloniya derbisinə təsadüf edən 35-ci tur matçında "Espanyol"u minimal hesabla üstələyib. Yeganə qolu 56-cı dəqiqədə Luis Suares vurub.​ Gərgin mübarizə şəraitində keçən qarşılaşmanı hər iki komanda azlıqda bitirməli olub. 50-ci dəqiqədə "Barselona"dan Ansu Fati, 53-cü dəqiqədə isə "Espanyol"dan Pol Losano qırmızı vərəqə alıb.​ Bu qələbə sayəsində xalını 76-ya çatdıran "Barselona" lider "Real Madrid"lə xal fərqini minimuma endirib. Lakin "kral klubu" hələ hesabat turunun "Alaves"lə ev oyununa iyulun 10-da çıxacaq.​ "Espanyol" isə 24 xalla sonuncu pillədə qalıb və La Liqanı tərk edib.


17484 oxunub

InvestAZ