XƏBƏR LENTİ
29 Mart 2024
27 Mart 2024
26 Mart 2024
25 Mart 2024



6 il əvvəl: amansız "Alman maşını"
İdman 16:31 / 08.07.2020

Altı il əvvəl bu gün Braziliya millisinin tarixində ən utancverici hadisəsi baş verib.​ Belə ki, 2014-cü ildə Belo Horizonte (Braziliya) şəhərinin "Mineyran"​ stadionunda dünya çempionatının yarımfinal qarşılaşmasında Almaniya yığması Braziliya millisini 7:1 hesabı ilə darmadağın edib.

Görüşdə Toni Kroos və Andre Şürrle dubl ediblər.​ Həmçinin oyunda Tomas Müller, Miroslav Kloze və Sami Xedira də fərqləniblər. Braziliyalıların yeganə qolunu isə Oskar vurub.
Bu qarşılaşma Braziliya tarixində ən böyük məğlubiyyət hesab olunur. Oyun isə dünya çempionatlarının ən məhsuldar yarımfinalına çevrilib. Almaniya millisi dünya çempionatının yarımfinalında yeddi qol vuran ilk komanda kimi tarixə düşüb. Final qarşılaşmasında isə almanlar 1:0 hesabı ilə Argentina yığmasına qalib gələrək​ dünya çempionu adını qazanıblar.


34985 oxunub

InvestAZ