XƏBƏR LENTİ
20 Aprel 2024
19 Aprel 2024
18 Aprel 2024



NBA-da daha​​ ​​ 9​​ yoluxma
İdman 17:19 / 03.07.2020

Milli​​ Basketbol​​ Assosiasiyasının​​ (NBA)​​ daha​​ 9​​ oyunçusunda​​ koronavirus​​ testləri​​ müsbət​​ nəticə​​ verib.​​ Bu​​ barədə​​ MBA​​ oyunçularının​​ Həmkarlar​​ İttifaqının​​ mətbuat​​ xidməti​​ məlumat​​ yayıb.

Məlumatda​​ qeyd​​ edilir​​ ki,​​ test​​ nəticələri​​ pozitiv​​ olan​​ bütün​​ oyunçular​​ karantin​​ qaydalarına​​ riayət​​ etməklə,​​ həkimlərdən​​ müsbət​​ rəy​​ alana​​ qədər​​ özlərini​​ təcrid​​ edəcəklər.
Xatırladaq​​ ki,​​ MBA​​ rəhbərliyi​​ koronavirus​​ səbəbindən​​ dayandırılan​​ 2019-2020-ci​​ il​​ mövsümünün​​ qalan​​ formatını​​ təsdiqləyib.​​ Müntəzəm​​ mövsümün​​ iyulun​​ 31-də​​ başlayacağı​​ və 30​​ komandadan​​ yalnız​​ 22-nin​​ mübarizə​​ aparacağı​​ bildirilib.
Bütün​​ matçların​​ Orlando​​ şəhərində (Florida​​ ştatı,​​ ABŞ)​​ yerləşən​​ "Disney​​ World" əyləncə​​ parkında​​ keçiriləcəyi​​ planlaşdırılıb.​​ Final​​ seriyasında​​ yeddi​​ matç​​ oynanılacağı​​ təqdirdə,​​ mövsüm​​ oktyabrın​​ 12-də​​ başa​​ çatacaq.



39409 oxunub

InvestAZ