XƏBƏR LENTİ
25 Aprel 2024
24 Aprel 2024
23 Aprel 2024
22 Aprel 2024
21 Aprel 2024



Onlayn turnirin finalçıları müəyyənləşdi
İdman 15:05 / 03.07.2020

Norveçli dünya çempionu Maqnus Karlsenin təşkilatçılığı ilə rapid üzrə keçirilən seriya turnirinin üçüncü mərhələsində — "Chessable Masters” yarışında ikinci finalçının adı müəyyənləşib. Hollandiyalı Aniş Qiri rusiyalı Yan Nepominayuşini tay-brekdə 3,5:2,5 hesabla məğlub edib. Üç matçın nəticəsinə görə 2:1 hesabla irəliyə çıxan hollandiyalı şahmatçı finala vəsiqə qazanıb.

Qeyd edək ki, M.Karlsen çinli Liren Dinq üzərində qələbə qazanaraq finalda çıxış etmək hüququna sahib olub.
"Chessable Masters” turnirinin B qrupunda mübarizə aparan Azərbaycan şahmatçısı Teymur Rəcəbov yarışda iştirakını dayandırıb.
Turnirin mükafat fondu 150 min ABŞ dollarıdır.


18151 oxunub

InvestAZ