XƏBƏR LENTİ
25 Aprel 2024
24 Aprel 2024
23 Aprel 2024
22 Aprel 2024
21 Aprel 2024



Messi “Barselona”nı tərk edir
İdman 14:25 / 03.07.2020

İspaniyanın "Barselona” klubu və futbolçusu Lionel Messi arasında danışıqlar dayandırılıb. Buna argentinalı hücumçunun xahişi səbəb olub.

Messi klub rəhbərliyindən onu yeni müqavilə ilə bağlı bir daha narahat etməməsini istəyib. Futbolçu bunu yorulması və "Barselona”dakı çıxışımı 2021-ci ildə başa vurmaq istəməsi ilə bağlayıb.
Cənubi amerikalı gələn il getməsi ilə bağlı qərarı klubdakı problemlərə görə verib. O, Kataloniya təmsilçisi ətrafında yaranan mənfi ab-havadan bezib. Lioneli ən çox narahat edən isə bütün münaqişələrin səbəbkarı hesab olunmasıdır.​ Futbolçu bu qərarı barədə komanda yoldaşlarını da məlumatlandırıb.


18881 oxunub

InvestAZ